Həsən Ruhani və Cavad Zərif həbs edildi
Dünya
174
16 Jan 2026 | 23:07

Həsən Ruhani və Cavad Zərif həbs edildi

İranın keçmiş Prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif həbs edilib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "First Middle East" "Telegram" kanalı yayıb.

Onların həbsi xəbəri rəsmi olaraq təsdiqlənməyib.

Ruhani və Zərif Qərblə sıx əlaqələrin tərəfdarı olan radikal islahatçılar qrupunun üzvləridir. Onlar İranda 2015-ci ildə əldə edilən çox məşhur nüvə sazişinə görə məsuliyyət daşıyırlar.

Qeyd edək ki, bundan əvvəl hər ikis siyasətçinin saxlanıldığı ilə bağlı məlumatlar yayılmışdı. Ruhaniyə yaxın mənbələr isə bu xəbərləri təkzib etmişdilər.

Link kopyalandı!
Son xəbərlər