Tramp İrana zərbə endirməkdən özü imtina edib
Dünya
135
16 Jan 2026 | 23:05

Tramp İrana zərbə endirməkdən özü imtina edib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onu İrana zərbə endirməkdən imtina etməyə heç kim razı salmayıb və bu qərarı özü verib.

Moderator.az xəbər verir ki, Ağ Ev rəhbəri bu açıqlamanı Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən verib.

Ərəb dövlətlərinin və İsrailin nümayəndələrinin onu İrana zərbə endirməməyə çağırıb-çağırmadığı ilə bağlı suala cavabında Tramp bildirib ki, “heç kim onu razı salmayıb, o, özü özünü buna inandırıb”.

Link kopyalandı!
Son xəbərlər