Yer kürəsində maqnit qasırğası başlayıb
Dünya
254
16 Jan 2026 | 22:40

Yer kürəsində maqnit qasırğası başlayıb

Yer kürəsində maqnit qasırğası başlayıb və hazırda zəif G1 səviyyəsindədir.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

İnstitut nümayəndəsi bildirib ki, yüksək enliklərdə geomaqnit sahəsində narahatlıq qeydə alınıb.

Alimlər proqnozlaşdırırlar ki, yanvarın 17-də Günəşdə partlayış aktivliyi aşağıdan orta səviyyəyə qədər yüksələ bilər. Lakin yüksəkkateqoriyalı partlayışlar gözlənilmir.

Link kopyalandı!
Son xəbərlər