Konya İƏT ölkələrinin
Dünya
128
22:27, Bu gün

Konya İƏT ölkələrinin "Gənclər Paytaxtı" seçildi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən hər il müəyyən edilən "Gənclər Paytaxtı" adı 2026-cı ildə Konyaya verilib.

Moderator.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan İstanbulda İcraiyyə Şurasının 2026-cı ildəki ilk iclasında açıqlayıb.

Ayhan bildirib ki, İranın Təbriz, Özbəkistanın Daşkənd və Türkiyənin Konya şəhərləri namizəd göstərilib. Səsvermə nəticəsində məhz Konyanı 2026-cı ilin "İƏT-in Gənclər Paytaxtı" elan edilib.

Xatırladaq ki, 2024-cü ildə "İƏT-in Gənclər Paytaxtı" adını Şuşa şəhəri qazanmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər