İtaliyanın müdafiə naziri:
Dünya
135
22:20, Bu gün

İtaliyanın müdafiə naziri: "Avropa hərbçilərinin Qrenlandiyaya yerləşdirilməsi lətifəyə bənzəyir"

İtaliyanın müdafiə naziri Quido Krozetto Avropa qoşunlarının Qrenlandiyaya yerləşdirilməsini lətifənin başlanğıcı ilə müqayisə edib.

Moderator.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

"Mən soruşuram ki, niyə Qrenlandiyaya 15 əsgər göndərirlər. Gəzintiyə? 15 italyan, 15 fransız, 15 alman - bu, lətifənin başlanğıcı kimi səslənir", - nazir bəyan edib.

O, xarici işlər naziri Antonio Tayani ilə birlikdə İtaliyanın Arktika strategiyasını təqdim edərkən qeyd edib ki, Qərb dünyası NATO daxilində birliyi qorumalıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər