00:54
3°C
Bakı
İtaliyanın müdafiə naziri Quido Krozetto Avropa qoşunlarının Qrenlandiyaya yerləşdirilməsini lətifənin başlanğıcı ilə müqayisə edib.
Moderator.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.
"Mən soruşuram ki, niyə Qrenlandiyaya 15 əsgər göndərirlər. Gəzintiyə? 15 italyan, 15 fransız, 15 alman - bu, lətifənin başlanğıcı kimi səslənir", - nazir bəyan edib.
O, xarici işlər naziri Antonio Tayani ilə birlikdə İtaliyanın Arktika strategiyasını təqdim edərkən qeyd edib ki, Qərb dünyası NATO daxilində birliyi qorumalıdır.