00:44
3°C
Bakı
Meksika və Vaşinqtonun əməkdaşlığı artıq ABŞ-də narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya ilə mübarizədə əhəmiyyətli nəticələr əldə etməyə imkan verib.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" Meksika Prezidenti Klaudiya Şeynbauma istinadən məlumat yayıb.
Eyni zamanda, o, ABŞ-ni Meksikaya silah qaçaqmalçılığını dayandırmağa çağırıb.
Onun sözlərinə görə, ABŞ-də narkotik istifadəsi Meksikada kartelləri gücləndirən əsas amildir:
"Digər tərəf də öz səylərini göstərməlidir. Narkotik istifadəsi ilə bağlı böhran ictimai səhiyyə vasitələri ilə həll olunmalıdır, maarifləndirici kampaniyalar keçirilməlidir".