Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək
Dünya
112
21:27, Bu gün

Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək

NATO Baş katibi Mark Rütte yanvarın 19-da Brüsseldə qurumun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ilə görüşəcək.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə blokun mətbuat xidməti məlumat yayıb.

"Bazar ertəsi, yanvarın 19-da Baş katib Mark Rütte Brüsseldə NATO-nun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ilə görüşəcək. Mətbua ilə təmaslar nəzərdə tutulmayıb", - mətbuat xidməti görüşün mövzularını açıqlamadan bildirib.

Daha əvvəl M.Rütte növbəti həftə Qrenlandiyanın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı NATO çərçivəsində bir sıra məsləhətləşmələr keçiriləcəyini elan edib.

Onun fikrincə, bu, ABŞ-ni inandırmalıdır ki, NATO Qrenlandiyanı yaxşı müdafiə edir və buna görə də onu ilhaq etməyə ehtiyac yoxdur, sadəcə alyansın ərazisi kimi istifadə etmək olar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər