Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri ilə Suriyadakı vəziyyəti müzakirə edib
Dünya
139
21:00, Bu gün

Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri ilə Suriyadakı vəziyyəti müzakirə edib

Türikəyinin milli müdafiə naziri Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barrakı qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X"da məlumat yayıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Selçuk Bayraktaroğlu da iştirak edib.

Görüşdə Suriyadakı mövcud vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Suriyada YPG və "Suriya Demokratik Qüvvələri" terror təşkilatları ölkənin bəzi ərazilərinə nəzarəti ələ keçirərək hökumət qüvvələrinə hücum edirlər. Onların nəzarətində olan bölgələrin sakinləri daha təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıblar.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər