Hələb valisi: YPG/SDQ-nin nəzarətində olan bölgələri 27 mindən çox mülki şəxs tərk edib
Dünya
190
20:50, Bu gün

Hələb valisi: YPG/SDQ-nin nəzarətində olan bölgələri 27 mindən çox mülki şəxs tərk edib

Terror təşkilatı YPG/SDQ-nin ("Suriya Demokratik Qüvvələri") nəzarətində olan bölgələrdən təhlükəsiz ərazilərə köçən mülki şəxslərin sayı 27 min 450-yə çatıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Suriyanın Hələb vilayətinin valisi Əzzam Əl-Qərib sosial şəbəkə hesabında açıqlayıb.

"Dövlətin nəzarəti altında olmayan şərq bölgələrinə gedən sakinlər haqqında dəqiq məlumat olmasa da, əsas köç Hələbin təhlükəsiz ərazilərinə istiqamətlənib", - vali bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər