21:50
2°C
Bakı
Qara dənizdə sualtı minalar təhlükəsinə qarşı mübarizə aparmaq üçün Türkiyə, Bolqarıstan və Rumıniya tərəfindən ortaq hərbi təlimlər keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlim Qara dəniz Minalara Qarşı Mübarizə Təşəbbüs Qrupunun fəaliyyəti çərçivəsində baş tutub.
Bolqarıstan sahillərində icra edilən təlim tapşırıqlarında Türkiyə hərbi donanmasının "TCG Üsteğmen Arif Ekmekçi" və "TCG Ayvalık" gəmiləri iştirak edib.