Volodimir Zelenski sülhə dair Ukrayna-ABŞ danışıqlarında bir neçə məsələdə fikir ayrılıqları olduğunu etiraf edib.
Moderator.az xəbər verir ki, məlumatı TASS yayıb.
O, Kiyevdə Çexiya prezidenti Petr Pavel ilə keçirdiyi birgə mətbuat konfransında bildirib: "Bəzi məsələlərdə sadəcə eyni tərəfdə deyilik".
Zelenski Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərlik heyətdə qalmasının zəruriliyini vurğulayıb, ancaq Kiyevin bu civarda heyəti saxlamaq üçün vəsaitinin olmadığının bildirib:
"Bu ordunu saxlamaq, 800 min nəfərlik heyətə sahib olmaq üçün pula ehtiyacımız var. Bunlar sadəcə sözlər deyil, bu, konkret işlər üçün bəlli məbləğdir. Ukraynanın büdcəsində isə bu qədər pul olmayacaq".
Bu arada, Zelenski 19-23 yanvar tarixlərində Dünya İqtisadi Forumunun (WEF) keçiriləcəyi Davosda 800 milyard dollarlıq yenidənqurma ilə bağlı ikitərəfli saziş imzalana biləcəyinə ümidlidir.