MKİ-nin direktoru Karakasda Venesuelanın müvəqqəti lideri ilə görüşüb
Dünya
241
19:45, Bu gün

MKİ-nin direktoru Karakasda Venesuelanın müvəqqəti lideri ilə görüşüb

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff Karakasda Venesuelanın müvəqqəti lideri Delsi Rodriqes ilə görüşüb.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi bildirib.

Məlumata görə, cümə axşamı Ratkliff ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ölkəsinin Venesuela ilə işgüzar münasibətlərin yaxşılaşmasına ümid etdiyi barədə mesaj çatdırmaq üçün Delsi Rodriqes ilə görüşüb.

Qeyd edilib ki, tərəflər kəşfiyyat sahəsində əməkdaşlığı, iqtisadi sabitliyi və Venesuelanın artıq ABŞ-ın düşmənləri, xüsusilə də narkotik alverçiləri üçün sığınacaq olmamasının vacibliyini müzakirə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər