Rusiyanın Saratov vilayətinin Marks şəhərində insanlara atəş açmaqda təqsirli bilinərək məhkum edilmiş erməniəsilli Rubik Akopyan Rusiya vətəndaşlığından məhrum edilib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın regional İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, qərar məhkumun ağır cinayət törətdiyinə görə "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" qanuna əsasən qəbul edilib.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayının sonlarında Marksdakı Pobeda küçəsində "Toyota Land Cruiser" avtomobilini idarə edən Akopyan "Oka" avtomobilində olan iki kişiyə tapançadan yeddi dəfə atəş açıb. Onlardan biri aldığı yaralardan ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. R.Akopyan hadisə yerindən qaçsa da, tezliklə tutulub və 24 il müddətinə azadlıqdan məhrum edilib.