KİV: Ukrayna nümayəndə heyəti Uitkoff ilə danışıqlar aparmaq üçün ABŞ-yə gedir
Dünya
190
19:30, Bu gün

KİV: Ukrayna nümayəndə heyəti Uitkoff ilə danışıqlar aparmaq üçün ABŞ-yə gedir

Ukraynanın danışıqlar komandası ABŞ nümayəndə heyəti ilə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqların davam etdirilməsi üçün ABŞ-yə yola düşüb.

Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyinə məlumatlı mənbə bildirib.

Nümayəndə heyətində Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və "Xalqın xidmətçisi" ("Sluqa naroda") fraksiyasının rəhbəri David Araxamiya təmsil olunur.

Ukrayna nümayəndə heyəti yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparmaq niyyətindədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər