21:47
2°C
Bakı
İranın xarici işlər naziri Abbas Əraqçi Münxen təhlükəsizlik konfransında iştirak edə bilməyəcək.
Moderator.az-ın "Sky News"ə istinadən xəbər verir ki, qərar təşkilatçılar tərəfindən İranda etirazların sərt şəkildə yatırılması fonunda qəbul edilib.
Təşkilatçıların bəyanatında qeyd olunub ki, bir neçə həftə əvvəl İran hökumətinin nümayəndələrinə, o cümlədən Abbas Əraqçiyə dəvət göndərilib, lakin cari hadisələr fonunda Münxen təhlükəsizlik konfransı bu dəvətləri geri çəkir.
Münxen təhlükəsizlik konfransı 13-15 fevral tarixində keçiriləcək.