İsrail ABŞ-la süni intellekt üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub
Dünya
181
19:20, Bu gün

İsrail ABŞ-la süni intellekt üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub

İsrail ABŞ-la süni intellekt sahəsində əməkdaşlıq üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub.

Moderator.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Bildirilib ki, İsrail və ABŞ müştərək tədqiqat, inkişaf, investisiya yolu ilə, eləcə də süni intellekt, enerji texnologiyaları, inkişaf etmiş komputer infrastrukturu, kosmos və digər sahələrdə əməkdaşlığı davam etdirəcək.

Qeyd edilib ki, sözügedən razılaşma ABŞ-ın “Pax Silica” təşəbbüsünün davamı hesab oluna bilər.

Xatırladaq ki, bu təşəbbüs üzrə İsrail, Yaponiya, Sinqapur, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələr arasında süni intellektlə bağlı təminat zənciri ilə bağlı əməkdaşlıq nəzərdə tutulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər