ABŞ-də 20 yaşlı basketbolçu güllələnərək öldürülüb
Dünya
120
18:18, Bu gün

ABŞ-də 20 yaşlı basketbolçu güllələnərək öldürülüb

ABŞ-ın Tennessi ştatındakı kollecin basketbol komandasının üzvü, 20 yaşlı Andre Bell avtomobildə güllələnərək həyatını itirib.

Moderator.az xəbər verir ki, bu barədə "Fox" telekanalı məlumat yayıb.

Andre Bell iki dostu ilə birlikdə avtomagistralla hərəkət edirmiş. Naməlum şəraitdə başından güllə yarası alan idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bellin çıxış etdiyi kollektivin baş məşqçisi Ceremaya Kratçer bildirib ki, Andre Bell komandanın aparıcı oyunçularından biri olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər