Hanter Baydenin uşağının anası onun həbsini tələb edir
Dünya
179
17:10, Bu gün

Hanter Baydenin uşağının anası onun həbsini tələb edir

ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Baydenin qızının anası məhkəməyə müraciət edib və aliment müqaviləsinə əməl etmədiyinə görə onun həbs olunmasını tələb edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Daily Mail" qəzeti əldə etdiyi sənədə istinadən məlumat verib.

2023-cü ildə Lunden Roberts Hanter Baydenə qarşı irəli sürdüyü və ödənilmədiyini iddia etdiyi milyonlarla dollarlıq aliment iddialarını tənzimləyib. Lakin indi Lunden Roberts iddia edir ki, keçmiş prezidentin oğlu öhdəliklərini yerinə yetirməyib. O, Hanter Baydenin "istintaq təcridxanasına yerləşdirməsi" xahişi ilə məhkəməyə müraciət edib.

Qadının fikrincə, Baydenin ailəsi israfçı həyat tərzi sürür və buna görə də, həmçinin aylıq aliment məbləğinin yenidən nəzərdən keçirilməsini tələb edir. Lunden Robertsin sözlərinə görə, qızı Nevi də ailənin digər üzvləri kimi, eyni şəkildə maliyyə dəstəyi almaq hüququna malikdir. Nevi Hanter Baydenin tez-tez getdiyi striptiz klubda işləyən 52 yaşlı Lunden Robertsdən olan nikahdankənar qızıdır. Əvvəlcə Hanter Bayden atalıq amilini rədd edib, lakin 2020-ci ildə keçirilən DNT testindən sonra qadının iddiaları ilə razılaşmaq məcburiyyətində qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər