Putinlə Pezeşkianın nədən danışdıqları bəlli oldu
Dünya
201
16:15, Bu gün

Putinlə Pezeşkianın nədən danışdıqları bəlli oldu

"İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında İslam Respublikasındakı gərgin vəziyyətin normallaşdırılması üçün göstərilən səylərdən danışıblar".

Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Telefon danışığı zamanı Məsud Pezeşkian Vladimir Putini İran rəhbərliyinin ölkədəki vəziyyəti normallaşdırmaq üçün fəal səyləri barədə məlumatlandırıb. Liderlər İran ətrafında və bütövlükdə regionda gərginliyin tez bir zamanda azaldılmasını dəstəkləyiblər. Moskva və Tehran əməkdaşlığı gücləndirmək və birgə layihələr həyata keçirmək öhdəliklərini təsdiqləyiblər", - deyə Kremldən verilən açıqlamada bildirilib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər