Dünya
187
16:07, Bu gün

"3I/ATLAS" kometasında qəribə dəyişikliklər aşkar edildi

Ulduzlararası "3I/ATLAS" obyektində yeni anomaliya aşkar edilib və bu, onu əhatə edən toz və qaz buludundakı dəyişikliklərlə əlaqəlidir.

Moderator.az-ın xəbərinə görə, bu barədə Harvard Universitetinin astrofiziki Avi Leb öz bloqunda məlumat verib.

Onun sözlərinə görə, adətən, Reyli səpələnməsi sayəsində kometanın parıltısındakı mavi çaları gücləndirən mikroskopik toz hissəcikləri izlərinin olmaması alimləri təəccübləndirib.

Avi Leb qeyd edib ki, bu cür hissəciklər normal şərtlərdə güclü Günəş radiasiyası təzyiqinə məruz qalar və Günəşdən uzaqlaşan klassik kometa quyruğunu əmələ gətirərdi. Lakin "3I/ATLAS"da belə bir quyruq müşahidə edilmir.

Alim hesab edir ki, bu, obyektin ətrafında əhəmiyyətli ölçüdə toz kütləsinin olduğunu göstərə bilər, yəni orada tipik kometalardan daha böyük hissəciklər mövcuddur. Onun fikrincə, ulduzlararası cismin qeyri-adi davranışı məhz bununla izah olunur.

Avi Leb, həmçinin perigeli keçidindən sonra obyekti əhatə edən areolun parıltısındakı dəyişikliklərə də diqqət çəkib. İndi "3I/ATLAS" göy-mavi çalarda səpələnmiş işıq saçır ki, bu da standart kometalar üçün xarakterik deyil.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər