Bizi sosial şəbəkələrdən izləyin:
Cənubi Koreya məhkəməsi ölkənin keçmiş prezidenti Yun Sok Yolu beş il müddətinə azadlıqdan məhrum edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məhkəmə sabiq ölkə rəhbərini rəsmi sənədləri saxtalaşdırmaqda, hərbi vəziyyət elan etməzdən əvvəl lazımi prosedurlara əməl etməməkdə, həbsə mane olmaqda və başqa cinayət əməllərində təqsirli bilib.
Qeyd edilib ki, keçmiş prezidentin vəkilləri qərardan apelyasiya şikayəti verməyi planlaşdırırlar.
Xatırladaq ki, daha əvvəl prokurorluq Cənubi Koreyanın eks-prezidentinə ölüm hökmü çıxarmağı tövsiyə etmişdi.