Maçadonun Sülh Mükafatı medalını Trampa verməsinə Nobel Komitəsindən REAKSİYA
Dünya
229
10:28, Bu gün

Maçadonun Sülh Mükafatı medalını Trampa verməsinə Nobel Komitəsindən REAKSİYA

Norveç Nobel Komitəsi Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun özünün Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa təqdim etməsinə reaksiya verib.
 
Moderator.az xəbər verir ki, bu barədə qurum sosial media hesabında məlumat yayıb.
 
"Medal əldən-ələ keçə bilər, amma Nobel Sülh Mükafatı laureatının adı dəyişə bilməz", - deyə komitədən bildirilib.
 
Yanvarın 15-də Tramp Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşüb. Görüşdən sonra müxalifət lideri ABŞ prezidentinə Nobel Sülh Mükafatı medalını təqdim etdiyini açıqlayıb. ABŞ lideri də medalı qəbul edib.
 
Maçado bildirib ki, mükafatı aldıqda onu ABŞ liderinə həsr edib: "Tramp buna layiq idi".
 
Müxalifət lideri qeyd edib ki, Tramp çoxlarının qeyri-mümkün hesab etdiyi işlərə nail olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər