Bütün dövrlər ərzində
Dünya
180
08:50, Bu gün

Bütün dövrlər ərzində "Wikipedia"da ən populyar sorğular - SİYAHI

"Wikimedia" Fondu onlayn ensiklopediya olan "Wikipedia"nın fəaliyyət göstərdiyi bütün dövrlər ərzində ən çox axtarılan 25 mövzunun siyahısını təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu siyahını "Popular Science" jurnalı dərc edib.
 
Reytinqdə birinci yerdə "illər üzrə ölüm siyahısı" mövzusu qərarlaşıb. Bu mövzu təxminən 650 milyon dəfə axtarılıb. İkinci yerdə ABŞ haqqında məlumatlar (329 milyon dəfə), üçüncü yerdə isə ABŞ Prezidenti Donald Tramp (325 milyon dəfə) yer alıb.
 
Sonrakı yerlərdə Böyük Britaniyanın mərhum kraliçası II Elizabet, Hindistan və məşhur futbolçu Kriştianu Ronaldu haqqında məqalələr qərarlaşıb. Reytinqin davamında ABŞ-nin sabiq prezidenti Barak Obama, amerikalı iş adamı İlon Mask, İkinci Dünya müharibəsi və Birləşmiş Krallıq mövzuları yer alır.
 
Qeyd edək ki, yanvarın 15-də "Wikipedia"nın fəaliyyətə başlamasından 25 il ötür. Hazırda azad ensiklopediyada təkcə ingilis dilində 7.1 milyondan çox məqalə mövcuddur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər