Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində
Dünya
238
08:44, Bu gün

Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"

Hindistanın Maharaştra ştatında inanılmaz hadisə baş verib. Ailəsinin dəfn etməyə hazırlaşdığı 103 yaşlı qadın qəfildən öz dəfn mərasimində "dirilib". Yerli sakinlər bu hadisəni möcüzə adlandırıb və məlumat Hindistan KİV-də gündəm olub.
 
Moderator.az xəbər verir ki, məlumata görə, dəfn mərasimi üçün hər şey hazır idi: evin qarşısında ənənəvi çadır qurulub, cəsədə dəfn sarisi geyindirilib, qohumları toplaşıb və nəqliyyatı gözləyiblər. Lakin bir məqamda qadın hərəkət etməyə başlayıb və oturub, bu anı orada toplaşanlar heyrətlə izləyiblər. Maraqlıdır ki, bu hadisə qadının doğum gününə təsadüf edib.
 
Dəfn mərasimi əvəzinə yaxınları Qanqabainin 103-cü doğum gününü sevinc və coşqu ilə qeyd ediblər. "Dirilən" qadının qohumları baş verənləri əsl möcüzə adlandırıblar. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər