00:46
1°C
Bakı
İsrailin müdafiə naziri İsrael Katz İranın dövlət bankı olan "Bank Melli"ni terror təşkilatı kimi tanıyan bəyannamə imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Qərar İsrail təhlükəsizlik xidmətlərinin tələbi və Müdafiə Nazirliyinin İqtisadi Terrorla Mübarizə Qərargahının tövsiyəsi əsasında qəbul edilib.
Bildirilib ki, bank terror fəaliyyəti ilə əlaqəli qurumların maliyyələşdirilməsində əsas rol oynayır və beynəlxalq məhdudiyyətləri aşmaq üçün bir vasitə kimi istifadə olunur.
Qeyd edək ki, ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani də daxil olmaqla, bu ölkənin 11 vətəndaşına qarşı növbəti sanksiyalar tətbiq edib.