Fermerlərin etiraz aksiyası Fransa və İspaniya arasında quru yolunun bağlanmasına səbəb olub
Dünya
180
15 Jan 2026 | 23:45

Fermerlərin etiraz aksiyası Fransa və İspaniya arasında quru yolunun bağlanmasına səbəb olub

Fransa və İspaniya fermerlərinin etiraz aksiyası iki ölkə arasında yol hərəkətini iflic edib.

Moderator.az xəbər verir ki, bu barədə "Sud Ouest" qəzeti məlumat yayıb.

"İspaniya və Fransa fermerləri 15 yanvar cümə axşamı günü A63 yolunda birgə simvolik nümayiş üçün toplaşıblar. Fransadan İspaniyaya səyahət mümkündür, lakin əks istiqamətdə yol bağlıdır", - məlumatda deyilir.

Qeyd edək ki, etirazların ən böyük səbəbi Avropa İttifaqı ilə Cənubi Amerika bloku “Mercosur” (Braziliya, Argentina, Paraguay, Uruguay) arasında planlaşdırılan azad ticarət sazişidir.

Link kopyalandı!
Son xəbərlər