Sinqapurun Baş naziri müxalifət liderini yalan danışdığı üçün cəzalandırdı
Dünya
171
15 Jan 2026 | 23:38

Sinqapurun Baş naziri müxalifət liderini yalan danışdığı üçün cəzalandırdı

Sinqapurun Baş naziri parlamentdəki səsvermədən sonra müxalifət lideri Pritam Sinqhi titulundan məhrum edib.

Moderator.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Səsvermə çərşənbə günü əsasən hakim Xalq Hərəkatı Partiyasının (PAP) üzvlərinin üstünlük təşkil etdiyi parlamentdə keçirilib .

Bu qərar Sinqin parlament komitəsi qarşısında yalan ifadə verməkdə günahkar bilinməsindən sonra verilib.

O, parlament üzvü və ən böyük müxalifət partiyası olan İşçi Partiyasının (İP) baş katibi olaraq qalacaq, lakin əlavə müavinətlərdən və parlament müzakirələri zamanı ilk cavab vermək hüququndan məhrum olacaq.

Link kopyalandı!
Son xəbərlər