Dünya
161
15 Jan 2026 | 22:55

"NetBlocks": İranda bir həftədir internet yoxdur

Düz bir həftə əvvəl İran rəqəmsal qaranlığa bürünüb, çünki hökumət xalqı internetsiz qoyub.

Moderator.az xəbər verir ki, bu, "NetBlocks" qlobal internet monitorinq təşkilatının məlumatında qeyd olunub.

Bildirilib ki, İran hökumətinin məqsədi təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq metodunu dünya ictimaiyyətindən gizlətməkdir.

Qeyd edək ki, İranda etirazların zorakılıqla yatırılmasına dair görüntülər yayılıb. Bununla yanaşı, polislə toqquşmalarda hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilsə də, dəqiq say açıqlanmır.

Link kopyalandı!
Son xəbərlər