ABŞ Prezidenti etirazçıları Minneapolisə qoşun yeridəcəyi ilə hədələdi
Dünya
186
15 Jan 2026 | 22:49

ABŞ Prezidenti etirazçıları Minneapolisə qoşun yeridəcəyi ilə hədələdi

ABŞ Prezidenti Donald Tramp Minneapolisdə etirazları yatırmaq üçün bölgəyə qoşun yeridə biləcəyini deyib.

Moderator.az xəbər verir ki, Tramp sosial media hesabında yazıb: "Əgər Minnesota ştatının korrupsiyalaşmış siyasətçiləri qanuna tabe olmasa və işlərini görməyə çalışan ICE (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi) vətənpərvərlərinə hücum etmələrinin qarşısını almasalar, məndən əvvəl bir çox prezidentin etdiyi kimi, Üsyan Qanununu tətbiq edəcəyəm. Bununla da Minnesota ştatında baş verən xaosa tez bir zamanda son qoyacağam".

ABŞ-nin federal immiqrasiya məmurunun ona kürək və süpürgə ilə hücum edən Minneapolis sakinini güllələyərək öldürməsindən sonra bölgədə etirazlar güclənib.

Link kopyalandı!
Son xəbərlər