23:41
1°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşüb.
Moderator.az xəbər verir ki, Mariya Korina Maçado daha öncə Nobel Sülh Mükafatını Amerika liderinə təhvil verməyə hazır olduğunu açıqlayıb .
Maçado əvvəllər Trampın Venesuelaya hücumuna görə Nobel Sülh Mükafatına layiq olduğunu bildirmişdi.
2025-ci il Nobel Sülh Mükafatı Maçadoya "Venesuela xalqının demokratik hüquqlarının irəliləməsi uğrunda yorulmaz fəaliyyətinə" görə verilib. ABŞ-nin Venesuelaya hücumundan sonra Maçado ölkə müxalifətinin hakimiyyəti ələ keçirməyə hazır olduğunu qeyd etsə də, Tramp ölkədə onun dəstəyinin olmadığını iddia edib.