İranın dözümlü və azadlığı sevən xalqına müraciət edirəm! Mən sizə dağıntı, xəyanət və kədərin ağırlığı altında əzilmiş bir qəlblə səslənirəm. Mən ölkəsinin açıq düşmənlərin əli ilə deyil, Qərbin gülümsəmələri və yalan vədləri ilə qurulan tələlər vasitəsilə çökdüyünü görmüş bir qadının səsiyəm.
Moderator.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Liviyanın öldürülmüş lideri Müəmmər Qəzzafinin qızı Aişə Qəzzafi İran xalqına müraciətində deyib.
“Sizi xəbərdar edirəm: Qərb imperialistlərinin cazibədar sözlərinə və şüarlarına aldanmayın.
Bir zamanlar atam Müəmmər Qəzzafiyə belə demişdilər: “Nüvə və raket proqramlarından imtina et, dünya da sənə qapılarını açsın”, – A.Qəzzafi bildirib.
O bildirib ki, atası “xoş niyyət və dialoqa inamla” güzəştlərə getdi, lakin sonu faciəvi oldu.