HƏMAS Qəzza zolağında hakimiyyəti yeni administrasiyaya verməyə razılaşıb
Dünya
122
22:37, Bu gün

HƏMAS Qəzza zolağında hakimiyyəti yeni administrasiyaya verməyə razılaşıb

HƏMAS hərəkatı Qəzza zolağı üzərindəki nəzarəti yeni formalaşdırılmış texnokratik komitəyə təhvil verməyə razılaşıb.

Moderator.az xəbər verir ki, bu barədə "Al Arabiya" Fələstin Milli Administrasiyasının rəhbərinin müşaviri Mahmud Əl-Habaşa istinadən məlumat yayıb.

"HƏMAS Qəzzada bütün işləri keçən il ABŞ Prezidenti Donald Trampın razılaşdırdığı plana uyğun olaraq ərazini idarə edəcək komitəyə verəcəyini elan edib", - bəyanatda deyilir.

Bundan əlavə o qeyd edib ki, 15 nəfərdən ibarət yeni komitə Fələstin Milli Administrasiyası ilə koordinasiya şəklində işləyəcək, lakin eyni zamanda öz qərarlarında müstəqil olacaq.

Əl-Habaşın sözlərinə görə, komitənin əsas prioriteti anklavın fələstinli əhalisinin köçürülməsinin qarşısını almaqdır. O vurğulayıb ki, komitə siyasi işlərə qarışmayacaq, onun rolu icraedici və texniki olacaq, humanitar məsələlərə və əhaliyə vacib xidmətlərin göstərilməsinə yönələcək.

Link kopyalandı!
Son xəbərlər