Venesuela BVF ilə əlaqələrin bərpasından sonra aktivlərinə çıxış əldə edəcək
Dünya
112
22:35, Bu gün

Venesuela BVF ilə əlaqələrin bərpasından sonra aktivlərinə çıxış əldə edəcək

Venesuela hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) ilə əlaqələrin bərpasından sonra aktivlərinə çıxış əldə edəcək.

Moderator.az xəbər verir ki, bu barədə fondun rəsmi nümayəndəsi Culi Kozak ənənəvi brifinqdə bildirib.

"Venesuelanın BVF-dəki SDR (xüsusi borclanma hüquqları, fondun hesablaşma vahidi) həcmi təxminən 4,9 milyard ABŞ dollarına bərabərdir. Fondun Venesuela ilə əməkdaşlığı bərpasından sonra ölkə aktivlərinə çıxış əldə edəcək", - rəsmi nümayəndə qeyd edib.

C.Kozak vurğulayıb ki, fond Venesuela hökumətinin legitimliyini tanıma məsələsində beynəlxalq ictimaiyyətin rəyini nəzərə alacaq.

Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" agentliyinə müsahibəsində qeyd edib ki, Ağ Ev Venesuelanın fondda bloklanmış xüsusi borc hüquqlarını xarici valyutaya çevirmək və bu vəsaitləri ölkənin iqtisadiyyatının bərpası üçün istifadə etmək niyyətindədir.

Link kopyalandı!
Son xəbərlər