Fransa hərbi büdcəsini xeyli artıracaq - Makronun yeni planı
Dünya
120
22:25, Bu gün

Fransa hərbi büdcəsini xeyli artıracaq - Makronun yeni planı

Fransa 2027-ci ilə qədər hərbi büdcəsini 64 milyard avroya çatdırmaq niyyətindədir.

Moderator.az-ın xəbərinə görə, bu barədə Prezident Emmanuel Makron ölkənin cənubundakı İstr aviabazasında hərbçilərin qarşısında çıxış edərkən məlumat verib.

O xatırladıb ki, bu hədəf əvvəllər 2030-cu il üçün müəyyən edilmişdi: "İndi isə məqsəd 2027-ci ilə qədər illik büdcənin 64 milyard avroya çatdırılmasıdır".

Fransanın hərbi xərcləri hazırda 50.5 milyard avro təşkil edir. Makronun Fransa prezidenti seçildiyi 2017-ci ildə müdafiə xərcləri 32.3 milyard avro olub.

Link kopyalandı!
Son xəbərlər