00:22
0°C
Bakı
Bakıda əsirlikdən qayıdan Vigen Euljekjyanın səhhətində problemlər var.
Moderator.az xəbər verir ki, bu iddia ilə diaspora işləri üzrə komissar Zareh Sinanyan çıxış edib.
Sinanyan bildirib ki, Vigenin belində problemlər var və boynu korsetdədir; gələcəkdə əməliyyat olunmalıdır. Amma əhval-ruhiyyəsi yaxşıdır, Ermənistanda olduğuna görə xoşbəxt və şaddır.
Qeyd edək ki, Azərbaycan ötən gün məhkumlar Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekyanı Ermənistana təhvil verib. Onların səhhəti ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama yayıb və heç birinin ciddi sağlamlıq problemi olmadığını vurğulayıb.