Polşada üzərində kiril əlifbası ilə yazılar olan hava şarı aşkar edildi
Dünya
107
22:07, Bu gün

Polşada üzərində kiril əlifbası ilə yazılar olan hava şarı aşkar edildi

Polşada qeyri-adi hadisə araşdırılır: Venqojevo şəhəri yaxınlığındakı Peçarki kəndinə üzərində kiril əlifbası ilə yazılar olan hava şarı düşüb.

Moderator.az-ın xəbərinə görə, bu barədə Polşanın "RMF FM" radiosu məlumat verib.

Hadisə yerinə gələn polis ərazini tez bir zamanda mühasirəyə alıb və əlavə araşdırma üçün şarı müsadirə edib. Hadisə ilə bağlı məlumat prokurorluğa və Polşa Daxili Təhlükəsizlik Agentliyinə (ABW) göndərilib.

İlkin araşdırma nəticəsində məlum olub ki, söhbət GPS ötürücü ilə təchiz olunmuş meteoroloji radiozonddan gedə bilər. Olştin polisinin kriminalistika laboratoriyasının mütəxəssisi qeyd edib ki, bu cür cihazlar 30 kilometrə qədər yüksəkliyə qalxa bilir və hava məlumatları toplamaq üçün istifadə olunur.

İlkin qənaətlərə baxmayaraq, hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Prokurorluq şarın mənşəyini və buraxıldığı yeri müəyyənləşdirir, ABW mütəxəssisləri isə texniki elementləri və yazıları hərtərəfli araşdırmaq niyyətindədirlər.

Hakimiyyət orqanları vurğulayır ki, hazırkı mərhələdə əhali üçün təhlükə aşkar edilməyib, lakin vəziyyət xüsusi xidmət orqanlarının nəzarəti altındadır.

Link kopyalandı!
Son xəbərlər