Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat yayıb.
Ukrayna lideri səmimi keçən görüş zamanı Zalujnıya komandasındakı fəaliyyətinə görə təşəkkür etdiyini bildirib. Tərəflər Kiyevin beynəlxalq mövqelərini gücləndirə biləcək aktual diplomatik vəzifələri və Londonla hərbi-siyasi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, bu görüş Ukrayna daxilində Zalujnının siyasi nüfuzunun artdığı bir dövrə təsadüf edir. Belə ki, “The Washington Post” nəşrinin yaydığı son məlumatlara görə, keçmiş baş komandan ukraynalılar arasında hazırkı prezidentə ən güclü alternativ hesab olunur.