Ömer Çelik: Ai heç vaxt Kipr məsələsində vasitəçi ola bilməz
Dünya
169
21:50, Bu gün

Ömer Çelik: Ai heç vaxt Kipr məsələsində vasitəçi ola bilməz

Kipr Administrasiyasının Avropa İttifaqına (Aİ) müvəqqəti sədrliyi qəbul edərkən Şimali Kipr Türk Respublikasına qarşı istifadə etdiyi "işğal" və "ilhaq" ifadələri tamamilə qeyri-qanunidir.

Moderator.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib.

"Əsl işğal və ilhaq 1963-cü ildə yunan tərəfinin Kipr türklərinin hüquqlarını əllərindən alması ilə başlayıb" , - sözçü qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin Yunanıstan və Cənubi Kiprin marginal tezislərinə əsir olması, birliyi qlobal bir güc olmaqdan çıxarıb. "Aİ Kipr məsələsində tərəfsiz deyil, buna görə də heç vaxt vasitəçi ola bilməz" , - Ö.Çelik vurğulayıb.

 

Link kopyalandı!
Son xəbərlər