“Fənərbaxça” həbs olunan futbolçusu ilə bağlı bəyanat yaydı
Dünya
143
21:00, Bu gün

“Fənərbaxça” həbs olunan futbolçusu ilə bağlı bəyanat yaydı

“Fənərbaxça” klubu futbolçusu Mert Hakan Yandaşın ifadə verdiyi zaman baş verən qalmaqallı hadisə ilə bağlı rəsmi bəyanat yayıb.

Moderator.az xəbər verir ki, klubun yaydığı məlumatda “Qalatasaray” İdarə Heyətinin üzvü Timur Kubanın qanunsuz hərəkətinə diqqət çəkilib.

Bildirilib ki, Mert Hakan Yandaş SEGBİS (Səs və Görüntü İnformasiya Sistemi) vasitəsilə ifadə verərkən Timur Kuban qanunla qadağan olunmasına baxmayaraq, futbolçunun görüntülərini mobil telefonu ilə gizlicə qeydə alıb.

Hadisə dərhal məhkəmə rəsmiləri tərəfindən aşkar edilib. Timur Kubanın mobil telefonu müsadirə olunub, faktla bağlı protokol tərtib edilib və İstanbul Respublika Baş Prokurorluğu tərəfindən rəsmi araşdırma başladılıb.

“Fənərbaxça” rəhbərliyi bu davranışı “etikadan kənar və açıq hüquq pozuntusu” adlandırıb. Bəyanatda vurğulanıb ki, bir idman klubunun rəhbərinin məhkəmə prosesinə bu cür müdaxilə etməsi qəbulolunmazdır və bu hərəkət “rəqabət” anlayışı ilə əsaslandırıla bilməz.

Klub futbolçusunun hüquqlarını sonuna qədər qoruyacağını və hadisənin ört-basdır edilməsinə imkan verməyəcəyini bəyan edib.

Link kopyalandı!
Son xəbərlər