Tanınmış aktyorun vəziyyəti yenidən pisləşdi
Dünya
191
20:29, Bu gün

Tanınmış aktyorun vəziyyəti yenidən pisləşdi

Qaraciyər çatışmazlığı müalicəsi alan məşhur türkiyəli aktyor Ufuk Özkanın səhhəti pisləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə aktyorun qardaşı Umut Özkan deyib.
 
O, jurnalistlərə açıqlamasında qardaşının vəziyyətinin kritik olduğunu bildirib:
“Təəssüf ki, qardaşımın vəziyyəti çox ağırdır. Həkimlərimiz uyğun donor tapılana qədər onun xəstəxanadan çıxmasına qətiyyən icazə vermirlər”.
 
Qeyd edək ki, U. Özkan daha çox “Geniş Aile”, “Zengin Kız Fakir Oğlan” kimi məşhur serialların aktyoru, “Ben Bilmem Eşim Bilir” kimi tanınmış televizya proqramının aparıcısı olaraq tanınır.
Link kopyalandı!
Son xəbərlər