Cənub Komandanlığı: ABŞ
Dünya
123
20:17, Bu gün

Cənub Komandanlığı: ABŞ "Veronica" tankerini saxlayıb

"Veronica" gəmisi Venesueladan neft daşıyan və ABŞ tərəfindən saxlanılan altıncı neft tankeri olub.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"Cənub nizəsi" birləşmiş qrupundan olan dəniz piyadaları və dənizçilər Daxili Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə "Gerald R.Ford" aviadaşıyıcısından çıxaraq "Veronica" tankerini heç bir hadisə baş vermədən saxlayıblar", – məlumatda qeyd edilib.

Komandanlığın iddiasına görə, "Veronica" tankeri ABŞ Prezidenti Donald Tramp tərəfindən Karib dənizində sanksiya altında olan gəmilər üçün müəyyən edilmiş karantin qaydalarını pozaraq fəaliyyət göstərib.

"Marinetraffic" gəmi izləmə xidmətinin məlumatına görə, tanker Qayana bayrağı altında hərəkət edirdi.

Bazar ertəsi Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib ki, Vaşinqton administrasiyası ABŞ hakimiyyətinin icazəsi olmadan Venesueladan çıxan bütün tankerləri saxlamağa davam edəcək.

Link kopyalandı!
Son xəbərlər