23:59
1°C
Bakı
Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan şəxslərə qarşı yanvarın 15-də keçirilən əməliyyatlarda 325 şübhəli saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında yazıb.
Əməliyyatlar zamanı 41 tapança, 36 ov tüfəngi və 1 ədəd AK-47 avtomatı aşkarlanaraq götürülüb.
Sosial media hesabları vasitəsilə cinayəti və cinayətkarı təbliğ edən paylaşımlar edənlər barəsində prokurorluq tərəfindən istintaq başlanıb.