22:52
0°C
Bakı
Niderlandın Utrext şəhərinin mərkəzində güclü partlayış baş verib, ardınca isə böyük yanğın başlayıb.
Moderator.az bu barədə "RTL Utrecht" telekanalına istinadən xəbər verir.
Partlayışın episentrinə yaxın binaların pəncərələri sınıb. Bir neçə bina alova bürünüb. Hadisə yerinə bir neçə təcili yardım maşını və sanitar helikopter cəlb edilib.
Utrext yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib ki, partlayışın səbəbləri barədə hələlik məlumat yoxdur. Polis də insidentin təfərrüatının araşdırıldığını bəyan edib.
Ölən və ya yaralılar barədə hələlik məlumat daxil olmayıb.