22:52
0°C
Bakı
Fransa Prezidenti Emmanuel Makron İstr şəhərində hərbçilər qarşısında çıxış edərkən gözündəki damarın partlaması diqqət çəkib.
Moderator.az aif.ru-ya istinadən xəbər verir ki, toplaşanların qarşısına qanlı gözlə çıxan siyasətçi ciddi bir şeyin baş vermədiyinə əmin edib və bunun qan damarının partlaması nəticəsində yarandığını ehtimal edib.
"Sizə bu il ən xoş arzularımı çatdırıram və gözümün bu xoşagəlməz görünüşünə görə üzr istəyirəm, ciddi bir şey yoxdur", - deyə o, çıxışında bildirib.
Yelisey sarayı Makronun gözündəki damarın partlaması ilə bağlı şərh verərək bəyan edib ki, söhbət sadəcə gözdəki damarın kiçik qansızmasından gedir, burada qorxulu heç bir şey yoxdur.