21:16
2°C
Bakı
Fransa yaxın günlərdə Qrenlandiyaya hərbçi qrupundan əlavə, quru, hava və dəniz hərbi texnikası göndərəcək.
Moderator.az "France Info"ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron İstr şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirib.
Makron həmçinin 2026-2030-cu illər ərzində Fransanın müdafiə büdcəsinin 36 milyard avro artırılması zərurətini vurğulayıb, bunun 3,5 milyard avrosu 2026-cı il üçün artıq nəzərdə tutulub.
Bundan əvvəl 15 fransız hərbçinin artıq Qrenlandiyaya gəldiyi bildirilmişdi.
"Danimarkanın xahişi ilə qərara gəldim ki, Fransa Qrenlandiyada təşkil olunan birgə təlimlərə qatılacaq", - Makron "X" sosial şəbəkəsində yazıb.