Rusiya Ukraynanın
Dünya
196
19:39, Bu gün

Rusiya Ukraynanın "Çernomorsk" limanına hücum edib: gəmi zədələnib, ekipaj üzvü yaralanıb

Rusiya Silahlı Qüvvələri yanvarın 15-də gündüz saatlarında Ukraynanın Odessa vilayətinin "Çernomorsk" limanındakı bərə dayanacağına ballistik raketlə hücum ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Baş nazirinin müavini Aleksey Kulebaya istinadən məlumat yayıb.

Hücum zamanı dayanacaqda Malta bayrağı altında mülki gəmi olub. Hadisə nəticəsində heyət üzvlərindən biri yaralanıb. Həmçinin üç konteyner zədələnib, yağ sızıntısı baş verib. Hazırda Rusiya hücumunun nəticələrinin lokallaşdırılması aparılır.

"Bu, mülki liman infrastrukturuna və beynəlxalq ticarətə növbəti terror aktıdır. Rusiya qəsdən ixracı, logistikanı və ərzaq təhlükəsizliyini təmin edən obyektlərə hücum edir", - A.Kuleba qeyd edib.

Ukrayna Dəniz Limanları Administrasiyasının məlumatına görə, hücum nəticəsində yanğın baş verib, yağla dolu bir neçə konteyner zərər görüb. Suyun çirklənməsinin qarşısının alınması üçün işlər aparılır.

Link kopyalandı!
Son xəbərlər