22:38
0°C
Bakı
İstanbul məhkəməsi 2025-ci il mayın 19-da keçirilən "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra baş verən hadisələrlə bağlı qərar verib.
Moderator.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, aralarında "Fənərbağça"nın futbolçuları Ceydon Osteruelde və Mert Hakan Yandaşın da olduğu beş müttəhimə 1 il 4 ay 14 gün müddətinə həbs cəzası verilib.
Onlar təxribatın təsiri altında yüngül xəsarət yetirmə ittihamı üzrə təqsirli biliniblər.
Lakin məhkəmə müttəhimlərin məhkumluq vəziyyətlərini və prosesin gedişini nəzərə alaraq hökmün açıqlanmasını təxirə salıb.