KİV: İran Trampın
Dünya
209
18:39, Bu gün

KİV: İran Trampın "müharibə istəmədiyi" barədə məlumat alıb

Tehran ABŞ Prezidenti Donald Trampın İranla hərbi münaqişə istəmədiyi barədə məlumat alıb.

Moderator.az xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti İran səfirinin açıqlamasına əsasən məlumat yayıb.

Diplomatın sözlərinə görə, D.Tramp İrandan Yaxın Şərqdə ABŞ-nin maraqlarına zidd hərəkət etməməyi xahiş edib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

ABŞ Prezidenti Donald Tramp etirazçıların qətli davam edəcəyi halda İrana qarşı sərt tədbirlərin görüləcəyi ilə hədələyib.

Link kopyalandı!
Son xəbərlər