Freddi Merkurinin
Dünya
142
18:27, Bu gün

Freddi Merkurinin "gizli qızı" vəfat edib

"Queen" rok qrupunun solisti Freddi Merkurinin "Bibi" ləqəbi ilə tanınan nikahdankənar qızı 48 yaşında vəfat edib.

Moderator.az-ın "Daily Mail" nəşrinə istinadən xəbərinə görə, bu barədə qadının əri Tomas məlumat verib.

Tomasın sözlərinə görə, Bibi uzun sürən nadir onkoloji xəstəlikdən sonra vəfat edib. O, xordoma xəstəliyindən əziyyət çəkirmiş. Bu şiş onurğa sütununun yaxınlığında əmələ gəlir və büzdüm sümüyündən kəllənin dibinə qədər istənilən yerdə yerləşə bilir.

Bibinin doqquz və yeddi yaşlarında oğulları qalıb. Onun əsl adı məlum deyil.

"Bi indi sevimli və onu sevən atası ilə düşüncələr dünyasındadır. Onun külü Alp dağlarına səpələnib", - deyə kişi bildirib.

Link kopyalandı!
Son xəbərlər